Haqqımızda

QISA TARİXÇƏ

Kraft sözü alman dilindən tərcümədə “güc” mənasını bildirir, və kraft paketlər öz adını tam
şəkildə doğruldur. Aktiv istifadə olunduğu onilliklər ərzində kraft paketlər və torbalar özünü
möhkəm və həddən artıq davamlı qablaşdırma materialı kimi tanıtmışdır.

Nəyə görə kraft kağızdan hazırlanan paketlərə üstünlük verilir? İstehsalçılar və satıcılar üçün
qiymətin münasibliyi əsas şərt kimi çıxış edir. Lakin aşağı qiymət heç də kağızın davamlılığının
aşağı olduğu göstəricisi deyildir. Alıcılar arasındakı populyarlığın sirri isə ondan ibarətdir ki,
kövrək görünməsinə baxmayaraq, bu paketlər ciddi yüklənməyə tab gətirir. Kraft kağızı
möhkəmliyinə görə digər kağız məmulatlarını dəfələrlə üstələyir və bu keyfiyyətinə görə heç də
laminasiya olunmuş növlərdən geri qalmır.

Məhsulun üstünlükləri bununla məhdudlaşmır:

— ekoloji cəhətdən təhlükəsizlik. Bu kağız növünün nə istehsalı, nə də onun utilizasiyası zamanı
ətraf mühitə ziyan vurulmur. Müasir dövrdə həm insanlar, həm də bütöv müəssisələr polietilen
paketlərin istifadəsindən imtina edərək, təkcə öz mallarını qablaşdırmaq üçün deyil, həm də
promo-aksiyaların bir hissəsi kimi kraft paketlərini topdan əldə edir. Bu isə ekologiyaya ziyan
vurmadan biznesi inkişaf etdirməyə imkan verir.
— havalandırma. Hərfi mənada olmasa da, hava keçiriciliyi sayəsində kraft paketlər məhsulların
qablaşdırılması üçün geniş istifadə olunur.
— universallıq. Bu cür paketləri həm yeməklərin çatdırılması, həm də ərzaq məhsulları və ya
hədiyyələrin qablaşdırılması üçün istifadə etmək olar. Üzərində şirkətinizin loqotipinin əks
olunduğu kraft paketlər reklam daşıyıcısı və ya orijinal qablaşdırma kimi Sizə xidmət edə bilər.

Niyə biz?

Tətbiq olunduğu müddətdə EcoPack kraft-paketlər möhkəmliyini, davamlılığını və praktikliyini müvəffəqiyyətlə təsdiq etmişdir. Kraft-paketlər yeməklərin çatdırılması, ərzaq mağazalarından, apteklərdən, kosmetika və təsərrüfat malları mağazalarından kiçik həcmli alış-verişlər üçün qablaşdırma kimi ideal variantdır. Bu paketlər etibarlı, təhlükəsiz və estetik qablaşdırma materialıdır.

“EcoPack” şirkəti keyfiyyət sahəsində yüksək tələblərə cavab verən məhsul istehsal edir. Biz hər bir müştərimizə:
— Uyğun endirim sisteminə və fərdi yanaşmaya
— Paketlərimizin davamlılığına və möhkəmliyinə
— Hazırlandığı materialın yüksək xarakteristikalara malik olduğuna və bütün istehsal mərhələlərinə nəzarət olunduğuna
— Vaxta və vəsaitə qənaət olunmaqla, sifarişin ödənişsiz qaydada və sürətli çatdırılmasına dair zəmanət veririk.
Ticarət, istehsalat, ev, ofis, klininq şirkətləri üçün geniş məhsul seçimini Sizə təqdim edirik. Biz uzunmüddətli və məhsuldar əməkdaşlığı oriyentasiya kimi seçmişik və daimi tərəfdaşlarımız
arasında Sizi görməyə çox şad olarıq.

EcoPack kraft-paketlərinin üstünlükləri Kraft-paketlər ekoloji cəhətdən təmiz, təbii material əsasında istehsal olunur. Qablaşdırılma zamanı paketin içindəkilər asanlıqla ətraf mühitlə temperatur və hava mübadiləsini yerinə yetirir ki, bu da məhsulun və ya yeməyin istismar xüsusiyyətlərini və dad keyfiyyətini daha uzun müddət ərzində qoruyub saxlamağına imkan verir.

İstifadə olunduğu sahələr

Hazırda kağızdan hazırlanan EcoPack kraft paketlərinə ticarət və sənaye sahələrində böyük tələbat var.

İstifadə olunduğu sahələr arasında aşağıdakıları qeyd etmək olar:

  • ərzaq məhsullarının, yeməklərin qablaşdırılması
  • geyim və suvenir məhsullarının qablaşdırılması
  • mağaza məhsullarının çatdırılması və realizasiyası
  • müştərilərə satılan dərman vasitələrinin qablaşdırılması

Kraft-paketlərin növləri:​

  • Rahat yastı tutacaqlı
  • Burma tutacaqlı
  • Qənnadı məmulatları üçün dibi yastı paketlər